Ev almaq istəyənlərin nəzərinə:   MTK-ların toruna düşməmək üçün nə etmək lazımdır?

saytların hazırlanması

Evə çatdırılma

Ev almaq istəyənlərin nəzərinə: MTK-ların toruna düşməmək üçün nə etmək lazımdır?

Sosial

15 Aprel 2025 15:40 284


Bəzi yeni tikilən binaların faktiki sahəsi ilə çıxarışda qeyd edilən ölçüsü fərqlənir. Yəni müqavilə əsasında satılan bəzi mənzillərin köməkçi sahəsi qeyd edilmir.

Bu barədə əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev məlumat verib.

Ekspert qeyd edib ki, vətəndaşlar yeni tikili binalardan mənzil alarkən onlara ilkin müqavilə olan hissə göstərilir: pizza sifarişi

"Bəzi yeni tikili binalarda mənzillər müqaviləli yolla satıldıqda verilən çıxarışda ümumi sahə daha az göstərilir. Mənzillərə çıxarış verilərkən onun iç və çöl divarları, məhəccər hissələri nəzərə alınmadan hesablandığına görə 10-15 kvadratmetrə qədər fərq ola bilir".

Hüquqşünas Hikmət Əliyev isə bildirib ki, sözügedən məsələ ilə bağlı hüquqları pozulmuş şəxslər fərqin (az verilmiş sahənin) dəyərinin pul şəklində tələb edilməsi barədə məhkəmədə iddia qaldıra bilərlər.

Daha ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!