ABŞ-da bir ailənin 8 ildir evdə saxladığı haski cinsli it 6 həftəlik körpəyə qəfil hücum edib.
Yenisabah.az xəbər verir ki, ABŞ-nin Tennessi ştatında baş verən faciəvi hadisədən dərhal sonra körpə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Aldığı xəsarətlərdən 6 gün sonra o, dünyasını dəyişib.
Körpənin hadisədən sonra beyin qanaması keçirdiyi bildirilib. Dominos pizza
Ailə itin indiyə qədər heç kimə hücum etmədiyini bildirib. Körpənin anası Xloe Mansur körpəsinin orqanlarını ehtiyacı olan digər körpələrə bağışlamaq qərarına gəlib.
Başqalarının həyatını xilas etmə kədərli ailəyə təskinlik verib.
Haski heyvan sığınacağına aparılıb.
Şeyla Səmiyeva
Telegram kanalımız