Ev oğurluqları artıb: Qızıllar üçün təhlükəsiz yol hansıdır?

saytların hazırlanması

Evə çatdırılma

Ev oğurluqları artıb: Qızıllar üçün təhlükəsiz yol hansıdır?

Sosial

24 Aprel 2025 17:59 424


Vaxtaşırı mənzillərdən qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı xəbərlər yayılır. Vətəndaşların əksəriyyəti bu qiymətli əşyaları evdə saxlamağa üstünlük verir.

Nağd pulun banklara yerləşdirilməsi geniş yayılsa da, qızıl-zinət əşyalarının banklara təhvil verilməsi hələ də az yayılmış təcrübədir. Bəs bu nə dərəcədə etibarlı və effektiv seçimdir?

Yenisabah.az xəbər verir ki, mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən iqtisadçı ekspert Asif İbrahimov bildirib ki, qədim dövrlərdən insanlar sərvətlərini daha etibarlı sayılan valyutalarda və ya qiymətli metallarda saxlamağa üstünlük veriblər: Dominos pizza

"Ən geniş yayılan qiymətli metallar qızıl və brilyantdır. Xüsusilə qızıl elə bir sərmayə növüdür ki, tarix boyu heç vaxt dəyərini itirməyib, əksinə dəyəri artıb. Bu səbəbdən insanlar tez-tez valyutalarını qızıl zinət əşyalarına çevirirlər".

Ekspertin sözlərinə görə, Azərbaycanda bəzi banklarda qızıl zinət əşyalarını girov qoyaraq depozit əldə etmək mümkündür. Lakin bu zaman müəyyən risklər mövcuddur:

Ev oğurluqları artıb: Qızıllar üçün təhlükəsiz yol hansıdır?"Qiymətləndirmə zamanı zinət əşyaları əsl dəyərindən daha ucuz hesablanır. Nəticədə vətəndaş hər hansı bir qazanc əldə etmir. Bu səbəbdən belə seçim edənlər xüsusilə diqqətli olmalıdırlar".

İqtisadçı onu da əlavə edib ki, daha məntiqli seçim — qızılın dəyərinin yüksəlməsini gözləmək və uyğun vaxtda onu pula çevirərək istifadə etməkdir:

"Bu, daha sağlam və səmərəli sərmayə strategiyasıdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!