Ev quşları diri-diri yandı - Kənd sakinləri zəhərləndi

saytların hazırlanması

Evə çatdırılma

Ev quşları diri-diri yandı - Kənd sakinləri zəhərləndi

Hadisə

23 Yanvar 2021 11:09 713


Samuxda yanğın hadisəsi baş verib.

Yenisabah.az-ın məlumatına görə, hadisə rayonun Əhmədbəyli kəndində qeydə alınıb.

Kənd sakini Qurbanov Eldara məxsus tövlədə anidən yanğın başlayıb. Yanğın zamanı tövlədə olan ev quşları yanaraq tələf olub. pizza sifarişi

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

Yanğını söndürməyə gələn kənd sakinləri - 1988-ci il təvəllüdlü Qurbanov Rüfət Eldar oğlu və 1998-ci il təvəllüdlü Bayramov Xəyal Xeyrəddin oğlu tüstüdən zəhərləniblər. 

Kənd sakinləri xəstəxanaya yerləşdiriliblər, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

İlkin məlumata görə, yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma  olub.

Hadisənin başvermə səbəbləri araşdırılır. APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!