“Evdə daha yaxşı oynayacağıq” - Abdullah Zubir 

saytların hazırlanması

Evə çatdırılma

“Evdə daha yaxşı oynayacağıq” - Abdullah Zubir 

İdman

16 Fevral 2024 16:43 867


"Qarabağ"ın futbolçusu Abdullah Zubir UEFA Avropa Liqasının pley-off mərhələsində səfərdə "Braqa"ya qalib gəldikləri oyunu (4:2) şərh edib. 

Portuqaliyada keçirilən oyunda dubl edən fransalı yarımmüdafiəçir Etopaz-ın dəstəyi ilə Braqaya ezam olunmuş QOL.az-ın əməkdaşına verdiyi açıqlamada səfərə qələbə üçün getdiklərini xatırladıb:

"Nəticə yaxşıdır, amma bizim də ambisiyalarımız var. Bura qələbə qazanmaq üçün gəlmişdik. Amma bu hələ son deyil. Bir həftə sonra Bakıda cavab oyunu var. Evdə daha yaxşı oynayacağıq. İnanırıq ki, ikinci görüşdə də sərfəli nəticə qazanıb mərhələ adlayacağıq. Bakıdakı oyun daha çətin olacaq". Pepperoni pizza

İki qol vurduğuna görə xoşbəxt olduğunu deyən Zubir əlavə edib ki, cavab matçında ehtiyatlı olmalıdırlar: "Onlar cavab görüşünə qələbə qazanmaq üçün gələcəklər. Diqqətli olmalı və 2 topluq üstünlüyümüzdən yararlanmalıyıq. Bu görüşü təhlil etməli, Bakıdakı oyuna hərtərəfli hazırlaşmalıyıq. Ehtiyatlı olmalıyıq. Böyük turnirdə böyük komandaya qarşı oynayacağıq. İki qol vurduğuma görə xoşbəxtəm. Amma əsas komandanın nəticəsidir". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!