Evdə müalicə alan koronaviruslu xəstələrə sahə həkimləri nəzarət edəcək

saytların hazırlanması

Evə çatdırılma

Evdə müalicə alan koronaviruslu xəstələrə sahə həkimləri nəzarət edəcək

Sağlamlıq

25 İyun 2020 17:49 1142


“Hazırda xəstəlik ailə üzvlərindən bir-birinə, yaxud işdə əməkdaşlar arasında yoluxmaqla daha çox artır”.

Yenisabah.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Y.Qarayeva bildirib ki, hər bir insanın qarşısına polis əməkdaşı qoymaq mümkün deyil: pizza hut

"İnsanlar özləri də məsuliyyətli olmalıdırlar".

Y.Qarayevanın sözlərinə görə, COVID -19-la mübarizəni təkmilləşdirmək üçün ambulator yardım Səhiyyə Nazirliyinə həvalə olunub:

"Bu bizim yükümüzün azaldılmasıdır. Xəstələrə nəzarəti sahə həkimləri edəcək. Bəlli saatlarda həkimlər telefon vasitəsilə xəstələri nəzarətdə saxlayacaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!