Evdə ölü tapılan ər-arvadla bağlı cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

Evdə ölü tapılan ər-arvadla bağlı cinayət işi açıldı

Hadisə

16 Yanvar 2020 07:00 901


Abşeron rayonunda iki nəfərin ölümü ilə bağlı cinayət işi başlanıb.

"Yeni Sabah"ın məlumatına görə, yanvarın 15-də saat 16 radələrində Saray qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin birində 1952-ci il təvəllüdlü Yusif Bəşirov və onun həyat yoldaşı 1955-ci il təvəllüdlü Solmaz İsmayılovanın yaşadıqları evin hamam otağında meyitlərinin aşkar olunması faktı ilə bağlı daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə polis, prokurorluq, eləcə də məhkəmə tibbi ekspertinin iştirakı ilə baxış keçirilib.

Qeyd olunan şəxslərin ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə tibbi ekspertizası təyin olunub. O cümlədən digər zəruri istintaq hərəkətləri həyata keçirilib. Toyuqlu pizza

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!