“Evdə otura bilmərəm“ - 70 yaşlı polis generalı

saytların hazırlanması

Evə çatdırılma

“Evdə otura bilmərəm“ - 70 yaşlı polis generalı

Maraqlı

18 Dekabr 2022 12:05 2197


Daxili İşlər nazirinin müavini general-leytenant Oruc Zalov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib. Onun yerinə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov təyinat alıb.

Yenisabah.az xəbər verir ki, Oruc Zalov təqaüdə göndərimləsi ilə bağlı Manset.az-ın suallarını cavablandırıb. General bundan sonrakı fəaliyətində ailəsinə, nəvələrinə daha çox vaxt ayıracağını bildirib.

"Mən çox ağır zamanlarda işləmişəm, xidmətini aparmışam. İndi də 70 yaşım var. Bundan sonra ailəmlə, nəvələrimlə məşğul olacam. İndiyə qədər gərgin iş buna imkan vermirdi, bundan sonra çalışacam onlara daha çox vaxt ayırım. Dördpendirli pizza

Təbii ki, bu qədər işləyən adam evdə də otura bilməz. Yəqin ki, hansısa işlə məşğul olacam. Bu barədə hələ danışmaq tezdir. İstirahət edib, sonra baxacağam".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!