Evdə şam yandıranlara   PİS XƏBƏR - GİZLİ TƏHLÜKƏ

saytların hazırlanması

Evə çatdırılma

Evdə şam yandıranlara PİS XƏBƏR - GİZLİ TƏHLÜKƏ

Sosial

17 Noyabr 2025 23:36 874


Evlərdə dekorasiya elementlərindən biri olan şamlarla bağlı mütəxəssislər xəbərdarlıq edib. 

"Yeni Sabah" xəbər verir ki, bu gün qoxulu şamlardan geniş istifadə olunur. Lakin evdə davamlı şəkildə şam yandırmaq zamanla sağlamlığa ciddi şəkildə zərər verə bilər. 

Mütəxəssislər bildiriblər ki, bəzi insanlar bəzəkli şamları qapalı məkanlarda çox tez-tez yandıraraq özlərini sağlamlıq riskinə məruz qoyurlar. Toyuqlu pizza

Araşdırmalar nəticəsində məlum olub ki, evdə çox sayda şam yandırıldıqda uçucu oksidativ birləşmələr havaya yayılır. Bu hissəciklərin nəfəs yolu ilə asanlıqla qəbul olunduğu və orqanizmdə iltihablanmaya səbəb ola biləcəyi təsdiqlənib.

Ekspertlər insanların belə şamları ölçülü şəkildə istifadə etməli olduqlarını vurğulayıb.

Bu zərərli birləşmələrə məruz qalmamaq üçün şam yandırıldıqdan sonra otağı yaxşıca havalandırmaq tövsiyə olunur. Bundan əlavə, şam istifadə etmədən də evdə xoş qoxu yaratmaq mümkündür. Bunun əvəzinə, yanma prosesinin qarşısını tam almaq üçün qamış və ya efir yağı kimi alternativ məhsullar seçilə bilər.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!