Evdən 4 min manatlıq qızıl oğurlayanlar saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Evdən 4 min manatlıq qızıl oğurlayanlar saxlanıldı

Kriminal

07 İyun 2019 15:57 946


Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları mayın 25-də rayon ərazisindəki evlərin birindən 550 manat və 4 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuş İ.Məmmədovu və A.Məmmədovu saxlayıblar.

DİN-dən “Yeni Sabah”a bildiriblər ki, davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə İ.Məmmədovun evindən 460 qram marixuana aşkarlanaraq götürülüb.

Gəncə Şəhər Baş Polis İdarəsi və Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki üç həyətyanı sahədən su mühərriki, elektrik naqili, təmir-tikinti alətləri və məişət əşyaları, habelə qəbirlərin üzərində quraşdırılmış üç ədəd alüminium güldan oğurlamaqda şübhəli bilinən Gəncə sakini İ.Hümbətov və Goranboy rayon sakini E.Cəfərov saxlanılıblar. pizza

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!