Evdən 5 min manatlıq oğurluq etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Evdən 5 min manatlıq oğurluq etdi - Foto

Kriminal

14 Aprel 2020 10:40 463


Zaqatala Rayon Polis Şöbəsinə (RPŞ) mart ayında rayonun Yuxarı Tala kəndində yerləşən evlərin birindən qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, daxil olan müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. 

Zərərçəkmişə məxsus evdən 5 000 manat dəyərində qızılların oğurlanması müəyyən edilib. Pepperoni pizza

Zaqatala RPŞ əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə dəfələrlə məhkum olunmuş, zərərçəkmişin həmkəndlisi 22 yaşlı Əhməd Məmmədov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!