Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
"Yeni Sabah" xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1939-cu il təvəllüdlü Çukayeva Liliya Mixaylovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb. pizza mizza
Telegram kanalımız