“Evdən pul oğurlayıb qumar oynamışam“ - Manaf Ağayev   + Video

saytların hazırlanması

Evə çatdırılma

“Evdən pul oğurlayıb qumar oynamışam“ - Manaf Ağayev + Video

Şou

14 Yanvar 2021 15:57 867


ARB TV-nin "Onun Sirri" verilişində qonaq olan müğənni Manaf Ağayev etirafları diqqət çəkib.

Yenisabah.az xəbər verir ki, aparıcının “Bizdə olan məlumata görə sən evdən pul oğurlayıb qumar oynamısan” sualını “doğrudur” – deyə təsdiqləyib.

“Kədərləndim, uşaqlıq illərimə qayıtdım. Lap gənc yaşlarımda olub. Evdən pul götürüb gəli dostlarla, məhlə uşaqlarımla qumar oynamışam. Bu gün o günlərə baxıram, özümə gülməli gəlir. Məhlə uşaqları vardı, oynayırdılar, istər-istəməz sən də istəyirsən. Mən də öz evimizdən oğurlayırdım, gəlib oynayırdım. İndi oğurluq etməyim indi özümə də gülməli gəlir. Üstü açılanda rəhmətlik anam dedi ki, bura pul qoymuşdum, indi yoxdur. əvvəlcə boynuma almadım, dedim xəbərim yoxdur. Amma sonradan bildilər. Anama yalvardım ki, atama demə, lakin dedilər, o da məni ağacla döydü. Uşaqlıqda atam tərəfindən 2-3 dəfə yaxşı döyülmüşəm”. Dominos pizza

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!