Xəbər verdiyimiz Müğənni Xuraman Şuşalı ailəsi ilə birgə istirahətə yollanıb.
Yenisabah.az-a danışan ifaçı bildirib ki, dincəlmək üçün Qusarı seçib:
“Qusara gəlmişik. Hələ ki, burada qalacağıq. Evdə o qədər oturdum ki, artıq evə geri dönmək istəmirəm. Qusarın bütün kəndlərini sevirəm, burda uşaqlığımı xatırlayıram. Qusar Şuşanı xatırladır”. pizza sifarişi
Xanım müğənni soyuğa dözə bilsə, elə Qusarda da qalacağını deyib:
“Soyuğa dözə bilsəm və uşaqları xəstələndirməsəm burada qalacam. Əgər icazə olarsa, məktəbi də çox güman onlayn seçəcəyik. İnşallah xeyirlisi Allahdan”.
Xatırladaq ki, bir müddət əvvəl açıqlama verən ifaçı aylardır evdən çıxmadığını bildirmişdi:
“Bu il isə heç yerə gedə bilmədik. Mənim də bir xasiyyətim var, qanun qanundur. Nə olur olsun, qanunu poza bilmirəm. Ona görə evdə qaldıq, inanın, heç həyətə də düşmürdük. Bu 6 ayda mənim övladlarım bəlkə beş dəfə həyətə düşüblər, ancaq balkonda olmuşuq. Biz karantini hədsiz pis keçirdik”.
Telegram kanalımız