“Evə gedirəm” portalı istifadəyə verildi

saytların hazırlanması

Evə çatdırılma

“Evə gedirəm” portalı istifadəyə verildi

Sosial

18 Aprel 2020 13:43 956


Koronavirus (COVİD-19) pandemiyası səbəbindən Azərbaycana gələ bilməyən soydaşlarımız üçün hazırlanan “Evə gedirəm” portalı istifadəyə verilib.

Yenisabah.az-ın məlumatına görə, ilkin mərhələdə portala sadəcə Rusiyada olan Azərbaycan vətəndaşları müraciət edə biləcəklər.

Xatırladaq ki, portala müraciət edən vətəndaşlar ölkəyə mərhələli şəkildə gətiriləcəklər. Portala yalnız Rusiyanın internet şəbəkəsi vasitəsilə müraciət etmək mümkün olacaq. Marqarita pizza

Azərbaycana gətirilən vətəndaşlar dövlət hesabına 14-21 gün müddətinə karantinə yerləşdiriləcəklər.

Rusiyadan olan müraciətlərin həyata keçirilməsinin ardından digər ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi məsələsinə baxılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!