“Evə gələndə pampers də al” sözünü eşidən atalar uşaq bezinə nə qədər xərcləyir?

saytların hazırlanması

Evə çatdırılma

“Evə gələndə pampers də al” sözünü eşidən atalar uşaq bezinə nə qədər xərcləyir?

Sosial

24 İyun 2025 14:09 705


Azərbaycanda "uşaq pulu" ilə rəsmi mövqe çoxdan bəlli olsa da, ictimai müzakirələr bitmir. Xüsusən, əhalinin sosial müdafiəsi zəif olan təbəqəsi israrla bu müavinətin bərpasına çalışır. Nisbətən təminatlı, şərti olaraq orta təbəqə adlanacaq kateqoriya da maddi şəkildə olmasa da, azyaşlıların böyüdülməsində dövlətdən kömək umur. 

Valideynlərin hökumətdən inciməkdə haqlı olduğunu düşünənlər gündəlik xərcləri, xüsusilə də körpə çağında qarşılanan ehtiyacları gözə soxurlar. "Təkcə bezlə təminat üçün 0–3 yaş arası bir uşağa təxminən 1,944 manat xərclənir. Bu isə aylıq 54 deməkdir", - deyənlər əlavə edir: "Az puldur?!".

"Yeni Sabah" bu iddianın nə dərəcədə həqiqət olduğunu yoxlamaq üçün hesablama aparıb: Dördpendirli pizza

0–3 yaş üzrə bez istifadəsi

Toplam bez sayı: 6,480 ədəd

Bağlama sayı: 108 ədəd

Ümumi xərc: 1,944 manat

1-ci ölçü 1 ay 180 ədəd 3 bağlama 54 AZN

2-ci ölçü 3 ay 540 ədəd 9 bağlama 162 AZN

3-cü ölçü 6 ay 1,080 ədəd 18 bağlama 324 AZN

4-cü ölçü 12 ay 2,160 ədəd 36 bağlama 648 AZN

5-ci ölçü 13 ay 2,340 ədəd 39 bağlama 702 AZN

Göründüyü kimi, az xərc deyil.

Xatırladaq ki, hazırda "uşaq pulu" yalnız aztəminatlı ailələrə verilir. Lakin real həyat xərcləri göstərir ki, uşaq böyütmək lüks deyil, sosial məsuliyyətdir.

Azərbaycanda uşaqlarla bağlı aşağıdakı müavinətlər mövcuddur:

uşağın anadan olmasına görə 600 (altı yüz) manat;

bir yaşınadək uşağı olan aztəminatlı ailələrə hər uşaq üçün 140 (yüz qırx) manat;

beşdən çox uşağı olan qadınlara hər uşaq üçün 140 (yüz qırx) manat;

övladlığa götürülən uşağa (18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar istisna olmaqla) görə 240 (iki yüz qırx) manat;

himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə: 0–6 yaş arası uşağa görə 500 (beş yüz) manat, 7–13 yaş arası uşağa görə 600 (altı yüz) manat, 14–18 yaş arası uşağa görə 650 (altı yüz əlli) manat

Rəvan Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!