Evə getmək üçün pulu olmadı, küçədəkiləri söyüb həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Evə getmək üçün pulu olmadı, küçədəkiləri söyüb həbs edildi

Hadisə

29 May 2023 18:06 997


Naxçıvanda xuliqanlıq edən Babək sakini həbs edilib.

“Qafqazinfo”nun məlumatına görə, 42 yaşlı Əli Qafarov (şərti) yaşadığı kənddən Naxçıvan şəhərinə gəlib. Yeməkxanaların birində spirtli içki qəbul edib.

Daha sonra yeməkxanadan çıxaraq “Əcəmi seyrangahı”na gedib. Orada gəzdikdən sonra evə getməyə pulu olmadığı üçün yaxınlıqdakı vətəndaşlardan pul istəyib. Heç kim ona pul verməyib və bundan əsəbiləşib, küçədə nalayiq ifadələr işlədib. Pepperoni pizza

Bu zaman ərazidə xidmət aparan polis əməkdaşı ona yaxınlaşaraq nizam-intizama dəvət edib. Lakin o, hərəkətlərinə davam etdiyi üçün polislər onu məcburi qaydada bölməyə aparıblar.

Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə protokol tərtib edilib.

Naxçıvan Şəhər Məhkəməsi protokolu əsaslı hesab edərək Ə.Qafarova 13 gün inzibati qaydada həbs cəzası verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!