Evə hücum zamanı ölən və yaralananların - Fotoları

saytların hazırlanması

Evə çatdırılma

Evə hücum zamanı ölən və yaralananların - Fotoları

Hadisə

28 Oktyabr 2023 11:20 9789


Xəbər verdiyimiz kimi, bu gün sübh vaxtı (saat 05:50) Sumqayıt şəhəri 16-cı mikrorayon ərazisində dəhşətli cinayət törədilib.

“Qafqazinfo”nun məlumatına görə, Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evinə silahlı hücum nəticəsində Dağbəyi Fərəcov və onun qızı Suzana Karakaş güllə yaralarından vəfat edib. Suzananın həyat yoldaşı Serkan Karakaş və anası Tərlan Fərəcova isə güllə yarası alıb.

Qonşuluqda yaşayan və polis şöbəsində sahə müvəkkili vəzifəsində çalışan Etibar Sarıyev və atası Mehman Sarıyev də səs-küyə çıxaraq qonşularına kömək etmək istəyib. Bu zaman onlar da xəsarət alıb. pizza hut

Yaralılardan Serkan Karakaş və Mehman Sarıyevin vəziyyətinin ağır olduğu bildirilir.

 

Fotoda Serkan Karakaş

Fotoda Dağbəyi Fərəcov

Fotoda Tərlan Fərəcova ⬆️


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!