Əvəz Zeynallı və Elçin Sadıqovun məhkəməsi başlayır 

saytların hazırlanması

Evə çatdırılma

Əvəz Zeynallı və Elçin Sadıqovun məhkəməsi başlayır 

Maraqlı

06 Mart 2023 17:57 661


“Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallı və vəkil Elçin Sadıqovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə APA-ya vəkil Aqil Layıc məlumat verib. 

İş üzrə toplanmış materiallar yaxın günlərdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.  Toyuqlu pizza

İstintaqın sonunda Əvəz Zeynallı vəkili, həmçinin bu iş üzrə təqsirləndirilən Elçin Sadıqovun müdafiəsindən imtina edib. 

Qeyd edək ki, “Xural Yayınları” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Zeynalov Əvəz Tapdıq oğlunun “Baku Steel Company” şirkətinin müşahidə şurasının sabiq sədri Məmmədov Rasim Hikmət oğlu haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Sadıqov Elçin Əli oğlunun vasitəçiliyi ilə Rasim Məmmədovun yaxınlarından 20.000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. 

Toplanmış ilkin sübutlara əsasən Zeynalov Əvəz Tapdıq oğlu Cinayət Məcəlləsinin 311.3.3-cü və Sadıqov Elçin Əli oğlu Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilib və barələrində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. 

Sonradan təqsirləndirilən Elçin Sadıqov ev dustaqlığına buraxılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!