Əvəz Zeynallının azadlığa buraxılması: Vəsatət icraata götürüldü

saytların hazırlanması

Evə çatdırılma

Əvəz Zeynallının azadlığa buraxılması: Vəsatət icraata götürüldü

Siyasət

16 Aprel 2025 16:04 302


“Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının xəstəliyi ilə bağlı cəzasının qalan hissəsindən azad olunması ilə bağlı məhkəməyə müraciət edilib.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, vəsatət Nizami rayon Məhkəməsində icraata götürülüb.

Vəsatətə hakim Nigar Qədirlinin sədrliyi ilə baxılacaq. Toyuqlu pizza

Bir qədər əvvəl Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulması barədə məlumat yayılıb. Bununla bağlı onun vaxtından əvvəl azadlığa buraxılması barədə müraciət olunub.

Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1-ci maddələri ilə ittiham olunan Əvəz Zeynallı Bakı Ağlr Cinayətlər Məhkəməsin hökmünə əsasən, 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Ali Məhkəmə Əvəz Zeynallının şikayətini qismən təmin edərək cəzanı 2 ay azaldıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!