Əvəz Zeynallıya 5 epizod üzrə ittiham elan olundu

saytların hazırlanması

Evə çatdırılma

Əvəz Zeynallıya 5 epizod üzrə ittiham elan olundu

Maraqlı

28 Aprel 2023 14:29 840


Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq və digər ağır cinayətlərdə təqsirləndirilən, “Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı, "Səda TV" MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Yenisabah.az Trend-ə istinadən xəbər verir ki, proses başlayan zaman Əvəz Zeynallının yoldaşı Məlahət Zeynallı zalda mübahisə yaradıb.

M.Zeynallı zaldan çıxarılıb. Əvəz Zeynallı hakimdən xahiş etdikdən sonra M.Zeynallı yenidən zala qaytarılıb və ona xəbərdarlıq edilib. Daha sonra prokuror ittiham aktını elan edib. pizza mizza

İttiham aktına görə, Əvəz Zeynallıya 5 epizod, Elnur Şükürov isə 3 epizod üzrə ittiham elan olunub.

Elnur Şükürov və Əvəz Zeynallı özünü heç bir ittiham üzrə təqsirli bilməyib. Əvəz Zeynallı aktın heç bir sətrinin düzgün olmadığını deyib.

Məhkəmə iclası iyunun 9-da davam etdiriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!