Evi başına uçurdulan vətəndaş şirkətdən 2 milyon manat istəyib? - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Evi başına uçurdulan vətəndaş şirkətdən 2 milyon manat istəyib? - AÇIQLAMA

Sosial

28 Mart 2025 12:12 2425


"Melissa Group" tikinti şirkətinə daxil olan "FEBA" MTK-nın nümayəndəsi Yasamal rayonunda rəsmi icazəsi olmadan evini başına uçurduqları Həbib Hacıyevə 651 min manat pul təklif etdiklərini, vətəndaşın isə 2 milyon civarında pul tələb etdiyini bildirib.

Bəs görəsən, bu iddia həqiqəti əks etdirir?

Şirkətin qanunsuz dağıtdığı evin sahibəsi Elarə Hacıyeva məsələ ilə bağlı Oxu.Az-a açıqlama verib. Marqarita pizza

O bildirib ki, 2 milyon manat iddiası tamamilə yalandır:

"Ümumiyyətlə, bizimlə danışığa gəlməyiblər. Bilərəkdən, qərəzli şəkildə yalan danışırlar. 651 min manat təklif etmələri də yalandır. Sadəcə, bildiriş məktubu vasitəsilə 173 min manat təklif olunub".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!