“Evimdə oturmuşam, hansısa qərarım yoxdur”  - Elmar Məmmədyarov danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Evimdə oturmuşam, hansısa qərarım yoxdur”  - Elmar Məmmədyarov danışdı

Siyasət

17 İyul 2020 14:49 3473


Prezident İlham Əliyevin sərəncamı ilə Xarici işlər naziri vəzifəsindən azad olunan Elmar Məmmədyarov gununsesi.org-a müsahibə verib.

“Yeni Sabah”  həmin müsahibəni təqdim edir:

– Elmar müəllim, vəzifənizi itirdiniz. Özünüzü necə hiss edirsiniz? Dominos pizza

- Vəzifə insan üçün əbədi deyil. Ona görə də özümü normal hiss edirəm. Uzun illər çalışmışam, xidmət göstərmişəm.

–    Gələcək planınız nədir?

-    Mən cəmi iki gündür ki, xarici işlər naziri vəzifəsindən azad olunmuşam. Evimdə oturmuşam. Gələcəklə bağlı hansısa qərarım yoxdur. Söz verirəm ki, hansı qərarım olsa, bunu sizlə bölüşəcəyəm.

–    ABŞ-a övladlarınızın yanına gedəcəksiniz, ya Azərbaycanda qalacaqsınız?

-    Dedim axı, hələ heç nə qərarlaşdırmamışam. Hansı addımı atsam bunu biləcəksiniz.

–    Yeni Xarici işlər naziri Ceyhun Bayramov haqqında düşüncələriniz nədən ibarətdir? Onun diplomat kimi təcrübəsinin olmamasını xüsusi vurğulayanlar var...

-    Mən Ceyhun Bayramova uğurlar diləyirəm. Savadlı insandır. Şəxsən də tanışlığımız var. Sualınızın ikinci hissəsinə gəlincə, bu, mənə ünvanlacaq sual deyil. Ona görə də bu haqda özündən soruşsanız daha yaxşı olardı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!