Evində avtomat saxlayan şəxs həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Evində avtomat saxlayan şəxs həbs edildi

Kriminal

25 Dekabr 2021 13:11 790


Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində odlu silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenisabah.az-a bildirilib ki, daxil olmuş məlumat əsasında Kürdəmir RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən rayonun Xırdapay kənd sakini Dəyanət Əliyev həmin kənd ərazisində saxlanılıb. Daha sonra RPŞ-yə gətirilən D.Əliyevin rayonun Sor-sor kəndində odlu silah gizlətdiyi müəyyən edilib.

Davam etdirilən tədbirlərlə onun kənd ərazisində gizlətdiyi atəşə yararlı vəziyyətdə olan AK-74 markalı “Kalaşnikov” aşkar edilərək götürülüb. Sezar pizza

   Faktla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!