Evində narkotik “parnik”i yaradan şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Evində narkotik “parnik”i yaradan şəxs saxlanıldı

Kriminal

01 Sentyabr 2021 10:32 835


“Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Ucar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Ramil İsrayılov saxlanılıb.

Onun yaşadığı ünvana keçirilən baxış zamanı evin ikinci mərtəbəsində quraşdırılmış istixanadan yaş çəkisi 40 kiloqramdan artıq olan kultivasiya yolu ilə yetişdirilmiş 38 ədəd çətənə kolu aşkar edilərək götürülüb. pizza

Dindirilmə zamanı R.İsrayılov çətənə bitkilərini iyul ayının əvvəlində əkdiyini və aqrotexniki qaydada qulluq edərək yetişdirdiyini etiraf edib.

Faktla bağlı Ucar RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!