Evində silah, həyətində çətənə kolları aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Evində silah, həyətində çətənə kolları aşkarlandı

Kriminal

19 İyul 2021 10:51 759


Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən, rayonun Sərək kənd sakini Arif Süleymanov saxlanılıb.

Onun yaşadığı evin həyətində naringi ağaclarının arasında kultivasiya yolu ilə yetişdirdiyi yaş halda çəkisi 66 kiloqram olan 29 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilib. Dominos pizza

Həmin şəxsin qanunsuz olaraq yaşadığı evdə saxladığı müvafiq sənədləri olmayan 1 ədəd İJ16 markalı ov silahı və 3 ədəd patron polis əməkdaşları tərəfindən aşkarlanaraq götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!