Evindən 8 kiloqram narkotik çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Evindən 8 kiloqram narkotik çıxdı

Kriminal

20 İyul 2020 11:06 663


Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında Yardımlı rayonu ərazisində keçirilən əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Yardımlı rayon sakini C.Mirxanlı saxlanılıb.

Şəxsi axtarış zamanı onun üzərindən 305 qram narkotik vasitə heroin aşkarlanıb. pizza

Əməliyyat tədbirinin davamı olaraq onun yaşadığı evin həyətinə keçirilən baxış zamanı orada gizlədilmiş 1 ədəd sellofan torbada 8 kq 140 qram heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!