Evinə girib qonşusunu öldürmək istədi

saytların hazırlanması

Evə çatdırılma

Evinə girib qonşusunu öldürmək istədi

Kriminal

19 Avqust 2022 15:41 1269


Evinə zorla daxil olub qonşusunu öldürməyə cəhd edən şəxs barəsində istintaq olunan cinayət işi tamamlanıb.

Baş Prokurorluqdan “Yeni Sabah”a verilən məlumata görə, hadisə 2022-ci il yanvarın 28-də Sabirabad rayonu, Qarağac kəndində baş verib.

Belə ki, kənd sakini Hikmət Mirzəyev qeyd edilən tarixdə zor tətbiq etməklə qonşusu İmaməli Hacıyevin yaşadığı evə daxil olaraq ona anasının gözü qarşısında qisas məqsədi il bıçaqla xəsarətlər yetirərək öldürməyə çalışıb. Toyuqlu pizza

Onun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd) və 157.2-ci (zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mənzilə daxil olma)  maddələri ilə ittiham elan edilib və işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!