“Evinə gizli zənglər olurdu, qorxudurdular” - İlhamə Quliyevanın xadiməsi

saytların hazırlanması

Evə çatdırılma

“Evinə gizli zənglər olurdu, qorxudurdular” - İlhamə Quliyevanın xadiməsi

Şou

12 Dekabr 2023 15:58 1297


“Ölümündən sonra bir yaylığını belə mənə vermədilər ki, yadigar saxlayım”.

Yenisabah.az Yeniçağ-a istinadla xəbər verir ki, bunu “O üz” verilişində mərhum Xalq artisti İlhamə Quliyevanın xadiməsi Fatma Əliyeva deyib.

O, müğənninin son nəfəsində söylədiklərini xatırlayaraq göz yaşı töküb: pizza mizza

“İlhamə xanımı ölümündən əvvəl çox incitdilər. Evinə gizli zənglər olurdu, onu qorxudurdular. Mənə deyirdi, bunlar məndən nə istəyir? O tək idi, kaş qohumları heç olmasa bir dəfə ona baş çəkəydi.

Görəydilər ki, İlhamə xanım yataqda necə əziyyət çəkir. O, mənim qollarım arasında canını tapşırdı. Son sözü də bu oldu ki, mən nakam gedirəm, heç kimim yoxdur.

İllərlə ona xidmət etmişəm, amma ölümündən sonra bir yaylığını belə mənə vermədilər ki, yadigar saxlayım”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!