Axşam saatlarında evinin qarşısında güllələnən deputat Fazil Mustafa əməliyyatdan çıxıb.
Bu barədə Oxu.Az-a onun qardaşı oğlu Toğrul Mustafayev məlumat verib.
O bildirib ki, əməliyyat bitib və əmisinin vəziyyəti stabildir: “Çox şükür əməliyyatdan çıxdı. Hər şey yaxşıdır. Hələ ki Kliniki Tibbi Mərkəzdə müalicəsini davam etdirir. Hər hansı özəl xəstəxanaya köçürülməsini planlaşdırmırıq”. pizza mizza
***
Sui-qəsdə məruz qalaraq evinin önündə güllələnən millət vəkili Fazil Mustafa məliyyat olunacaq.
Bu barədə Oxu.Az-a onun qardaşı oğlu Toğrul Mustafayev məlumat verib.
“Güllə çiynindən və ayağından dəyib. Həyati riski yoxdur. Təcili əməliyyata alındı”, - deyə deputatın qohumu bildirib.
Qeyd edək Toğrul Mustafayev hadisəni kimlərin törətdiyi haqqında bir məlumatlarının olmadığını da deyib.
Telegram kanalımız