Evlənmək məqsədiylə qaçırdığı qızı zorladı   – Məhkəmə olacaq

saytların hazırlanması

Evə çatdırılma

Evlənmək məqsədiylə qaçırdığı qızı zorladı – Məhkəmə olacaq

Kriminal

06 May 2020 10:40 738


Gəncə şəhərində dəhşətli hadisə baş verib.

“Yeni Sabah”ın məlumatına görə, Ayxan Fərhad oğlu, Həsənov Sərxan Ramiz oğlu və Eyvazov Zaur Etibar oğlu birləşərək P. V.Məmmədovanı qaçırıblar, sonra isə Ayxan qızla cinsi əlaqədə olub. Qızlarının qaçırılmasından xəbər tutan valideyinlər dərhal polisə xəbər veriblər. 

Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində qızı qaçıran hər üş şəxs saxlanılıb və onlara qarşı Cinayət Məcəlləsinin 144.2.3-cü (adam oğurluğu - bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 149.1-ci (zorlama - yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddələri ilə cinayət işi başlanıb. İbtidai istintaq yekunlaşdıqdan sonra cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.  pizza mizza

İyun ayının 2-də hakim Xəqani Səmədovun sədriyi ilə məhkəmənin hazırlıq iclası keçiriləcək. 

Azər İsrafilov

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!