Evlərdən oğurluq edən dəstə saxlanıldı 

saytların hazırlanması

Evə çatdırılma

Evlərdən oğurluq edən dəstə saxlanıldı 

Hadisə

13 May 2023 09:17 820


Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən üç fərdi yaşayış evindən oğurluq edən üç nəfərdən ibarət dəstə saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Ucar rayon sakinləri Ayaz Əhmədov, Ramil Alıyev və Elşad Hüseynov saxlanılıblar. 

Dindirilmə zamanı hər üç şəxs törətdikləri cinayət əməlini etiraf ediblər. Aparılan araşdırmalar zamanı məlum olub ki, A.Əhmədov, R.Alıyev və E.Hüseynov müxtəlif vaxtlarda rayon ərazisində yerləşən üç fərdi yaşayış evinə qanunsuz daxil olaraq evlərdən televizor, samovar, musiqi mərkəzi, xalçalar, eləcə də müxtəlif növ məişət əşyaları və avadanlıqları oğurlayıblar. Zərərçəkmişlərə ümumilikdə 10000 manata yaxın maddi ziyan vuran dəstə üzvləri, ələ keçirdikləri qənimətlərin bir qismini ucuz qiymətə sataraq, əldə etdikləri pulları öz aralarında bölüblər. Əşya və avadanlıqların bir qismi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb. pizza hut

Faktla əlaqədar Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Onların digər analoji hadisələr də iştiraklarının olub-olmaması araşdırılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!