Evlərdən oğurluq edən keçmiş məhkum saxlanıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Evlərdən oğurluq edən keçmiş məhkum saxlanıldı - Foto

Kriminal

04 Sentyabr 2020 11:47 616


İsmayıllı rayonunun Lahıc qəsəbəsində oğurluq hadisəsi baş verib.

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və ümumi dəyəri 1350 manat olan müxtəlif məişət əşyalarının oğurlandığı müəyyən edilib. Dominos pizza

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən rayonun Lahıc qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mahir Abdullayev saxlanılıb.

Araşdırma zamanı M.Abdullayevin digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, onun Lahıcda yerləşən daha iki evə qanunsuz daxil olaraq, ümumi dəyəri 1500 manat olan müxtəlif məişət əşyaları və tikintidə istifadə olunan alətləri oğurladığı məlum olub. 

Saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib, həmin əşyaları dəyərindən ucuz qiymətə Şamaxı, Kürdəmir rayonlarında və Lahıc qəsəbəsində sataraq, əldə etdiyi pulu xərclədiyini bildirib. Oğurlanmış əşyaların bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!