Evlərdən oğurluq edən Masallı sakinləri saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Evlərdən oğurluq edən Masallı sakinləri saxlanıldı

Kriminal

20 Noyabr 2021 13:58 843


Masallıda yaşayış evlərindən oğurluq edən rayon sakinləri saxlanılıb. 

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, Şıxlar kəndi ərazisindəki yaşayış evlərindən birindən 3 min manat dəyərində müxtəlif məişət əşyalarının oğurlanması ilə bağlı polisə müraciət daxil olub. 

Keçirilən əməliyyat-axtarış tədbirləri ilə həmin oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Əhəd Nurullayev saxlanılıb. Dominos pizza

Aparılan araşdırmalarla həmin şəxsin Şıxlar kəndindəki digər bir yaşayış evindən də 500 manat dəyərində məişət əşyalarını oğurladığı müəyyən edilib. 

Masallı RPŞ-nin əməkdaşlarının keçirdiyi digər əməliyyat-axtarış tədbirləri ilə daha bir oğurluq faktının üstü açılıb. Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən evlərdən birindən 400 manat dəyərində məişət əşyalarını oğurlamaqda şübhəli bilinən rayon sakini Gümrah Şiriyev müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!