Evlərdən pul və qızıl oğurlayan şəxs  yaxalandı

saytların hazırlanması

Evə çatdırılma

Evlərdən pul və qızıl oğurlayan şəxs yaxalandı

Kriminal

04 Yanvar 2022 13:29 859


Masallıda silsilə oğurluqların üstü açılıb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evlərdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.

Bu, Xırmandalı kəndi ərazisindəki evlərdən birindən 1665 manat pul və 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini Mərhəmət Fərzəliyevdir. Marqarita pizza

Onun ötən il müxtəlif vaxtlarda Ərəb kəndindəki bir evdən 650 manat pul və 3600 manat dəyərində qızıl-zinət əşyaları, Xırmandalı kəndindəki bir evdən isə 960 manat pul oğurladığı müəyyən edilib. 

Faktlarla bağlı araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!