Evlərdən seyf oğurlayan şəxslər saxlanıldı -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Evlərdən seyf oğurlayan şəxslər saxlanıldı - Fotolar

Kriminal

15 Mart 2021 13:53 962


Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Binə qəsəbəsində yerləşən evlərdən birindən içərisində 4500 manat nağd pul və 3500 manat dəyərində qızıl-zinət əşyaları olan seyf oğurlayan şəxslər saxlanılıblar. 

Yenisabah.az xəbər verir ki, əməliyyat zamanı paytaxt sakinləri Abdulla Mustafayev və Bəxtiyar Rzayev tutulublar. Araşdırma zamanı məlum olub ki, bu şəxslər seyfi oğurlayandan sonra Binə qəsəbəsində yaşadıqları evə gətiriblər. Onlar seyfi sındıraraq  içərisində olan pul və qızıl-zinət əşyalarını ələ keçiriblər.  Polislər tərəfindən seyf və oğurlanan qızıllardan bəziləri həmin ünvandan tapılaraq maddi sübut kimi götürülüb.

 Faktla bağlı 3-cü Polis Bölməsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. A.Mustafayev və B.Rzayev barəsində  Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.  Zəruri istintaq və  əməliyyat-axtarış tədbirləri davam etdirilir.  pizza hut

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!