Laçın və Zabux kəndində məskunlaşdırılmış ermənilər Xankəndidə deyil, Ermənistanda yaşamaq istəyirlər.
Yenisabah.az news.am-a istinadən xəbər verir ki, onlara evlərini tərk etmək üçün avqustun 25-dək vaxt verilib.
“Evləri yandıracağıq, çünki içimiz nifrətlə doludur. Bizim ordumuz, dövlətimiz məhv edilib. İndi bizə terrorçu kimi baxırlar. Burada qalsaq türklər bizi məhv edəcəklər. Boş yerə burada qalıb ölmək istəmirik", - kənddə məskunlaşdırılmış erməni sakinlərdən biri belə deyib. Sezar pizza
Həmçinin, separatçı “Dağlıq Qarabağın ərazi və infrastruktur naziri” Hayk Xanumyan Laçın və Zabuxu tərk edən ermənilərə evlərini yandırmamaq "tapşırığı" verib.
Qeyd edək ki, Zabux kəndindən ümumilikdə 204 sakin təxliyə olunacaq.
Telegram kanalımız