Yaponiya imperatoru Naruhitonun qardaşı qızı şahzadə Makonun evlənmə istəyi ölkədə ciddi qalmaqal doğurub.
Yenisabah.az Japan Times"a istinadla xəbər verir ki, o, uzun müddətdir sevgilisi olan Kei Komuro ilə ilin sonuna qədər nikahlanmaq istəyir.
Bu, evliliyin ilk elanlarından təxminən 4 il sonra baş tutamlıdır. pizza mizza
İndi bütün gözlər toy hazırlıqlarına başlamaq üçün bazar ertəsi günü paytaxta qayıdan şahzadənin kollec yoldaşı Komuroya yönəlib.
Hüquq fakültəsində təhsil almaq üçün Kamuro 2018 -ci ilin avqustunda Nyu-Yorka gedəndən sonra Yaponiyaya ilk dədə qayıdır.
Yaponiyanın karantin protokollarına uyğun olaraq gələcək kürəkən əvvəlcə özünü təcrid edəcək.
Gecikmiş evlilik ənənəvi toysuz baş tutmalıdır.
Vəliəhd Akishino və vəliəhd şahzadə Kikonun qızı Mako 2012 -ci ildə Tokiodakı Beynəlxalq Xristian Universitetində tələbə olarkən sevgilisi ilə tanış olub.
Cütlük 2017 -ci ilin sentyabr ayında nişanlanma planlarını açıqlayıb.
Şayiələrə görə, Makoya bu evlilikdən imtina etməsi üçün təxminən 1,5 milyon dollar tklif olunub, lakin o, imperator ailəsinin "hədiyyəsi"ndən imtina edib.
Telegram kanalımız