“Əvvəl elə bilirdik “Qarabağ” kənd klubudur...” -  Koloskov

saytların hazırlanması

Evə çatdırılma

“Əvvəl elə bilirdik “Qarabağ” kənd klubudur...” - Koloskov

İdman

29 İyul 2022 19:47 1766


Rusiya Futbol İttifaqının fəxri prezidenti Vyaçeslav Koloskov “Qarabağ” barədə fikirlərini bölüşüb.

Yenisabah.az championat-a istinadla xəbər verir ki, o, həmyerlisi Stanislav Çerçesovun baş məşqçisi olduğu “Ferenstvaroş”un (Macarıstan) ÇL-in üçüncü təsnifat mərhələsində “Qarabağ”a rəqib olması barədə danışarkən deyib:

“Ferentsvaroş”un “Slovan”ı keçməsi uğurdur. Bu, təkcə Çerçesovun deyil, bütün klubun nailiyyətidir. İstənilən qələbənin əhəmiyyəti böyükdür, özü də Çempionlar Liqasında. Çerçesov bir daha özünün yüksək məşqçi keyfiyyəti təsdiq etdi.  pizza

Növbəti rəqib “Qarabağ”a gəlincə, onları bir dəfə görmüşəm. Onlar komandamızı silkələmişdilər (söhbət Avstriyada “Zenit”lə 2016-cı ilin iyunundakı yoxlama oyunundan gedir - red). Özü də yaxşı hesabla. Onda elə bilirdik ki, bu, kənd klubudur, amma gördük ki, yaxşı komandadır. “Ferentsvaroş” və Çerçesova uğurlar arzulayıram”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!