“Ramil Səfərovun milli hissiyyatına toxunan və onu bu həddə gətirən, Azərbaycanın bayrağını təhqir edən erməni Qurgendir. Bu işə görə Ramil Səfərova Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilməyib. Sadəcə, ölkəyə ekstradisiya edilib və əfv olunub”.
Yenisabah.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert qeyd edib ki, Ramil Səfərov haqqında Avropa Məhkəməsinin qərarına gəldikdə isə, bu, bir Məhkəmənin hüquqi proseduru yerinə yetirməsidir: “Beynəlxalq təşkilatların və məhkəmənin qərarlarını adi kağız parçası adlandırmaq olmaz. Avropa Məhkəməsinin köçkün Çıraqov qardaşlarının Ermənistanın işğalçı siyasəti ilə bağlı ədalətli qərarı var. Ermənistan həmin qərarı yerinə yetirsin, sonra Azərbaycan hazırkı qərara baxar”.
Telegram kanalımız