“Əvvəlcə deyirdik ki, atan Suriyaya gedib…”

saytların hazırlanması

Evə çatdırılma

“Əvvəlcə deyirdik ki, atan Suriyaya gedib…”

Sosial

31 İyul 2019 05:49 1497


"Axtarışların akvatoriyası genişlənib, yeni müasir texnika cəlb edilib. Axtarışları uzaqdan da olsa, müşahidə edib, geri qayıdırıq. Əlimizdən başqa nə gəlir ki?”

“Yeni Sabah” xəbər verir ki, bu sözləri Ölkə.az-a açıqlamasında Xəzər dənizində itkin düşən pilot Rəşad Atakişiyevin qaynatası, sabiq dövlət müşaviri Qabil Hüseynli səsləndirib.

Q.Hüseynli R.Atakişiyevin oğlunun atasını hər gün soruşduğunu da bildirib: Dominos pizza

"Oğlunun yeddi yaşı var. Hər gün soruşur ki, atam hara gedib. Əvvəlcə deyirdik ki, Suriyaya gedib. İndi də deyirik ki, Türkiyəyə F16 raketlərini öyrənməyə gedib. Düzdür, uşaqdır, amma ağlı hər şeyi kəsir. Ancaq hiss edirəm ki, artıq hər şeyi başa düşüb. Sadəcə, hələ susur, bildiklərini qəzəblə demək istəmir”.

Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!