Əvvəlcə qayınlarını, sonra özünü bıçaqladı

saytların hazırlanması

Evə çatdırılma

Əvvəlcə qayınlarını, sonra özünü bıçaqladı

Kriminal

15 Avqust 2021 08:32 990


İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə ailə münaqişəsi zəminində İmişli rayonunun Qaradonlu kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1996-cı il təvəllüdlü Nəsirov Elsəvər Əli oğlu qayınları - Qaradonlu sakinləri, 2001-ci il təvəllüdlü Nəsirov Nurlan Allahyar oğlunu və onun qardaşı 1998-ci il təvəllüdlü Nəsirov Əmrah Allahyar oğlunu bıçaqlayıb.

Hər iki qardaş Şirvan şəhər mərkəzi xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Ə.Nəsirov daxili qanaxma diaqnozu ilə əməliyyata götürülüb. Qayınlarını bıçaqlayan E.Nəsirov daha sonra bıçaqla özünə də xəsarət yetirib. Pepperoni pizza

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!