“Son “Qarabağ” matçın aşkar favoriti idi. Çünki “Qarabağ” “Hacken” yox, elə “Mölde”ni də nəzərə alsaq, Skandinaviya klublarından səviyyə baxımından çox üstündür. Əvvəldən də proqnozlaşdırmaq mümkün idi ki, “Qarabağ” qrupda ikinci yeri götürəcək. Lakin şəxsi oyunlar da çox vacib idi”.
Bunu Yenisabah.az-a “Sport24.az” saytının redaktoru Mehman Süleymanov deyib.
O, Ağdam klubunun 1/16 final mərhələsinə adalmasından, habelə “Qarabağ”ın bu mərhələdəki potensial rəqiblərindən söz açıb. Dominos pizza
M. Süleymanovun sözlərinə görə, “Hacken” debütant idi:
"Mölde” bir balaca “Qarabağ”a dirəniş göstərdi və Norveçdəki matçda Bəhlul Mustafazadə qol vurandan sonra şəxsi oyunlarda üstünlük qazandıq. Bu, “Qarabağ”a son tur öncəsi böyük bir psixoloji üstünlük vermişdi və rahatlıq var idi.
Onu da unutmaq lazım deyil ki, “Mölde” Leverkuzen səfərinə yollanmışdı və “Bayer Leverkusen”in norveçlilərə güzəştə getməyəcəyinə dair bir əminliyimiz vardı. Çünki almanlar heç bir matça barmaqarası yanaşmırlar və bu da hesabda özünü göstərdi, “Bayer” “Mölde”ni 5:1 hesabla darmadağın etdi”.
Telegram kanalımız