Yaxın vaxtlarda Livana könüllülərin göndərilməsi üçün qeydiyyat başlayacaq.
Yenisabah.az "Didbane Iran"a istinadla xəbər verir ki, bunu Fələstin Xalqının İslam İnqilabına Dəstək üzrə Prezident Komitəsinin keçmiş rəhbəri Ayətullah Məhəmməd Həsən Əxtəri deyib.
Onun sözlərinə görə, İranda qeydiyyata rəsmi icazə veriləcək. Könüllü səfərbərliyinə əksər İslam ölkələri, o cümlədən Əfqanıstan, Pakistan, İran, Azərbaycan, İraq və s. dövlətlərin vətəndaşalrı cəlb olunacaq. Dördpendirli pizza
Əxtəri qeyd edib ki, 1987-cı ildəki kimi İsrailə qarşı döyüşmək üçün Livana birbaşa İran qoşunları da göndərilə bilər.
Telegram kanalımız