Ey, Pep, oyan! - Məşqçi uğursuzluqlardan danışdı

saytların hazırlanması

Evə çatdırılma

Ey, Pep, oyan! - Məşqçi uğursuzluqlardan danışdı

İdman

10 Dekabr 2023 10:45 3513


"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandasının uğursuz çıxışları haqda danışıb.

Yenisabah.az "City Xtra"ya istinadla xəbər verir ki, o, komandasının indikindən pis çıxış edəndə belə, bundan yaxşı nəticələr qazandığını bildirib.

Qvardiola bu nəticələrə görə ətraflı təhlil aparmalı olduğunu deyib: Toyuqlu pizza

"Bu vəziyyətdə bir addım geri çəkilərək özümə deməliyəm: "Ey, Pep, oyan! Səhv bir şey var,  komandanla tam təhlil apar və baş verənləri qiymətləndir. Niyə 4 oyundur qalib gələ bilmirsiniz? Əvvəllər bundan daha pis oynadığınız zaman qalib gəlirdiniz".

Qeyd edək ki, "şəhərlilər" İngiltərə Premyer Liqasının son 4 oyununda 3 dəfə heç-heçə edib, "Çelsi” (4:4), “Liverpul”(1:1), “Tottenhem” (3:3) və "Aston Villa"ya uduzub - 0:1. Komanda hazırda 30 xalla 4-cü pillədə qərarlaşıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!