Eyni adamı iki dəfə aldatdı – 3100 dollarını aldı

saytların hazırlanması

Evə çatdırılma

Eyni adamı iki dəfə aldatdı – 3100 dollarını aldı

Kriminal

24 Aprel 2020 15:42 883


Abşeron rayonunda əvvəllər dələduzluq maddəsi ilə məhkumluq həyatı yaşayan şəxsə qarşı yenidən analoji maddə ilə cinayət işi başlanıb.

“Yeni Sabah”ın məlumatına görə, Tağıyev Fəqan Soltan oğlu barəsində istintaq yekunlaşdıqdan sonra baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib və hakim Şövkət Nəcəfovanın icraatına verilib. 

Yuxarıda qeyd etdiyimiz kimi, Fəqan Tağıyev əvvəllər də dələduzluq maddəsi ilə həbs edilib. Belə ki, 2014-cü il noyabr ayının 10-da Fəqan, Tünzalə Rəsulovanı oğlu Kənan Rəsulov üçün sürücülük vəsiqəsi düzəltmək adı ilə onları aldadıb. Qadının Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivindəki evinə gedərək, ondan 1100 dollar alıb. Amma vədinə əməl etməyib. Fəqan Tağıyev növbəti dəfə də Tünzalə Rəsulovaya qarşı dələduzluq edib. Əvvəlcə qadına oğlu üçün sürücülük vəsiqəsi düzəltmək adıyla yalan satan Fəqan sonra da maşın almaq adı ilə aldadıb. Fəqan Tağıyev həmin ilin noyabrın 15-də Tünzalənin oğlu Kənan Rəsulova "VAZ-21074" markalı avtomobil almaq adı ilə 2000 dollarını alaraq qaytarmayıb.  Pepperoni pizza

Fəqan Tağıyev Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü (təkrar, xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham edilib. Abşeron Rayon Məhkəməsinin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi isə Fəqan Tağıyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edərək həbs qətimkan tədbirini ləğv edib və onu məhkəmə zalından azadlığa buraxıb. 

Azər İsrafilov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!