Eyni gündə 2 koronavirus testi verdi - Biri müsbət, biri mənfi çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Eyni gündə 2 koronavirus testi verdi - Biri müsbət, biri mənfi çıxdı

Şou

18 Noyabr 2020 12:08 1131


Türkiyəli müğənni Aleyna Tilki koronavirus testlərinin nəticələrinin səhv olduğunu iddi edib. 

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda müğənni sosial şəbəkə hesabında məlumat verib. 

O bildirib ki, bir gündə iki koronavirus testi verib. Onlardan biri pozitiv, digəri isə neqativ çıxıb. pizza mizza

“12 gün evdən çıxmadım. Bir gündə etdirdiyim testin biri neqativ, digəri isə pozitiv çıxdı. Özümdə virusun heç bir əlamətini hiss etmirdim. Bundan sonra bu cavablara necə etibar edəcəyik? Məncə, dünyada edilən bütün testlərin 50%-i səhvdir. Buna görə də, mənfi göstərilən nəticələrə inanmayın. Bu testlərdə absurd səhv var. Yanımdakı insanlarda da eyni problem var idi”-, deyə Aleyna qeyd edib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!