Eynulla Fətullayev Laçın və Zabuxda - Foto

saytların hazırlanması

Evə çatdırılma

Eynulla Fətullayev Laçın və Zabuxda - Foto

Maraqlı

17 Avqust 2022 16:50 1457


“Haqqın.az” saytının baş redaktoru, tanınmış jurnalist Eynulla Fətullayev Qarabağdakı Rusiya sülhməramlı kontingentinin nəzarətində olan “Laçın dəhlizi”də olub.

Yenisabah.az xəbər verir ki, bu barədə jurnalistin özü sosial şəbəkədə məlumat yayıb.

O, “Laçın dəhlizi”ndə çəkilmiş fotosunu da paylaşıb. pizza

Baş redaktor onu da əlavə edib ki, Laçında ermənilərin qanunsuz yaşadığı Zabux kəndinə də gedəcək:

““Laçın dəhlizi”nə daxil oldum. Yolum Zabux kəndinədir!”.

Bir qədər sonra E.Fətullayev Zabuxda olduğunu qeyd edərək, kənddən şəkil paylaşıb:

"Zabux kəndi. Kənd hələ ki salamatdır. Amma kəndi silahlı daşnaklar və millətçilərlə doldurublar. Ermənilərin qərargahına yollanıram!!!", - deyə baş redaktor şəkilə yazdığı şərhdə bildirib.

Xatırladaq ki, Azərbaycan tərəfi ermənilər qarşısında qanunsuz yaşadıqları Laçın şəhəri, rayonun Zabux və Sus kəndlərini avqustun 25-dək tərk etmək tələbi qoyub.

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!