Eynulla Fətullayev Mübariz Mənsimov haqqında tənqidlərinə aydınlıq gətirdi

saytların hazırlanması

Evə çatdırılma

Eynulla Fətullayev Mübariz Mənsimov haqqında tənqidlərinə aydınlıq gətirdi

Sosial

16 Avqust 2019 09:08 9169


“Mübariz Mənsimovla aramda hər hansı problem yoxdur”. 

Bu sözləri Yenisabah.az-a “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovu vaxtaşırı tənqid edən jurnalist Eynulla Fətullayev deyib. 

O bildirib ki, Mübariz Mənsimov barəsində səsləndiridiyi tənqidi fikirlərin qərəzdən irəli gəldiyini düşünmək yanlışdır: “Nə qərəz ola bilər ki? Plüralizmdir, hər öz fikrini ifadə edir. Mən də öz fikirlərimi ifadə edirəm. Mübariz Mənsimovu da həmişə tənqid etmişəm”. Dördpendirli pizza

Fətullayev Mübariz Mənsimovun Rəsulzadə-Elçibəy ideoloji platformasında olması və bu siyasi cəbhədə dayanan qüvvələrlə əməkdaşlıq etməsi barədə fikirlərinə də aydınlıq gətirib: 

“Bunu mən demirəm ki, özü deyir ki, Rəsulzadə-Elçibəy ideoloji platformasını seçib. Bu platformanın da Yeni Azərbaycan Partiyasına aidiyyatı yoxdur ki... Özü deyib, mən də fikirlərimi yazmışam”, - deyə jurnalist vurğulayıb.

Yenisabah.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!