“Əyri fikirlərin əyri ağzın kimidir...” - Afət Fərmanqızı daha bir Xalq artistini təhqir etdi

saytların hazırlanması

Evə çatdırılma

“Əyri fikirlərin əyri ağzın kimidir...” - Afət Fərmanqızı daha bir Xalq artistini təhqir etdi

Şou

14 Mart 2022 19:18 689


Müğənni Afət Fərmanqızı xalq artisti Naibə Allahverdiyevanın ünvanına sərt sözlər söyləyib.

Yenisabah.az xəbər verir ki, Afət Fərmanqızı bu barədə "İnstagram"da video paylaşıb.

"Bir aktrisa var, alt dodağı yer, üst dodağı göy süpürür. Bu aktrisa öz aləmində guya mənim cavabımı verib, xalq artisti ilə münaqişəmə münasibət bildirib. Əvvəla, əyri fikirlərin əyri ağzın kimi əyridir. Ona görə də fikirlərin keçərli deyil. Deyirsiniz ki, onun nə haqqı var, böyük sənətkarı təhqir edir? Bəs, onun nə haqqı var məni təhqir edir?!", - deyə Afət Fərmanqızı tənqid edib.  Dördpendirli pizza

Müğənni təhqirləri xalqa demədiyini qeyd edib:

"Təhqirləri xalqa deməmişəm, çünki yaxınlarım, əzizlərim sarsıla bilər. Onlar məhkəmədə sübut kimi hamısı göstəriləcək. Hər ikiniz dövlətdən yaxşı maaş alırsınız, niyə pandemiyada 10 manat insanlara kömək etmədiniz? Amma mən şəxsi vəsaitimlə yüz ailəyə kömək etmişəm. Ona görə də xalqın xalq artisti və əməkdar artisti də özüməm".

Qeyd edək ki, Flora Kərimova Afət Fərmanqınızını məhkəməyə verib. Xalq artisti Naibə Allahverdiyeva isə Flora Kərimovanın müdafiəsinə qalxdığı üçün Afət Fərmanqızını özündən çıxarıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!